Azadsöz.az xəbər verir ki, 14 iyun 2024-cü il tarixdə ölkəmizin hər yerində olduğu kimi Göyçay rayonunun tam orta məktəblərində “Son zəng” tədbiri keçiriləcək.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon Təhsil Şöbəsindən Azadsöz.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-2025-ci il tədris ilində Göyçay rayonunun ümumtəhsil məktəbləri üzrə 2651 şagird məzun olacaq.Bu il Göyçay rayonu üzrə 1669 şagird 9-cu sinifi və 982 şagird isə 11-ci sinifi bitirir.
Qeyd edək ki, “Son Zəng” tədbiri Göyçay rayonunun hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində saat 10:00-da başlayacaq.
Səbuhi Eltonlu