Azadsöz.az xəbər verir ki, 2024-cü ilin ilk beş ayında (yanvar-may) uşağın anadan olmasına görə 43 317 nəfərə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub.
Bu barədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən (DOST) məlumat verilib.
Bildirilib ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət şəxsin müraciəti olmadan hüququ yaranan an, yəni, uşağa doğum haqqında şəhadətnaməsi alındıqdan sonra proaktiv təyin olunur və valideynlərdən birinin (ata və ya ananın) adına olan mobil nömrəyə sms bildiriş göndərilir.
Qeyd edək ki, uşağın anadan olmasına görə müavinət hazırda 500 manatdır.