16 Sentyabr 2024 22:52

Ucarda tövlə və ot bağlaması yandı

Azadsöz.az xəbər verir ki, rayonunun Qaradağlı kəndində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 135 m² sahədə, içərisinə yığılan 1 ton ot bağlaması və tövləyə bitişik yığılan 39 ton ot bağlamasının 29 tonu yanıb.

Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.