08 Sentyabr 2024 03:22

AVRO-2024-də çıxış edəcək Ukrayna millisinin heyəti açıqlandı

Azadsöz.az xəbər verir ki,  AVRO-2024-də çıxış edəcək Ukrayna millisi iştirak ərizəsini FIFA-ya təqdim edib.

Məlumata görə, komandanın qapısını “Real Madrid”in qolkiperi Andrey Lunin qoruyacaq. Zədələnəcəyi təqdirdə isə onu Anatoli Trubin və Hiri Busçan əvəz edəcək.

Müdafiə xəttində Nikolay Matviyenko, Vitali Mikolenko, İlya Zabrani, Aleksandr Tımçik, Yuxim Konoliya, Boqdan Mixayliçenko, Aleksandr Svatko və Maksim Taloverov çıxış edəcək.

Yarımmüdafiəçilər Aleksandr Zinçenko, Sergey Sidorçuk, Ruslan Malinovski, Viktor Çıqankov, Aleksandr Zubkov, Nikolay Şaparenko, Mixail Mudrik, Georqi Sudakov, Andrey Yarmalenko, Taras Stepanenko, Vladimir Brajkodur.

Hücum xəttində isə Roman Yaremçuk, Artem Dobvik və Vladislav Banat çıxış edəcək.

Qeyd edək ki, Ukrayna millisinə Sergey Rebrov başçılıq edir.