05 İyul 2024 23:24

Heydər Əliyev prospektində ağaclar suvarıldı-FOTO

Azadsöz.az xəbər verir ki,3 iyun 2024-cü il  tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsinin işçi  kollektivi tərəfindən   “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində suvarılma işi aparılıb.

Prospektin ərazisindən keçən  arxdan pompa vasitəsilə su götürülərək əkilən müxtəlif növ ağaclar və dekorativ güllər suvarılıb,yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və gələcək mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.

Qeyd edək ki, əkilən ağaclara yay mövsümi işlərinin aqrotexniki qaydalara uyğun və keyfiyyətlə yerinə yetirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

 

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov