06 İyul 2024 00:37

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Göyçay Rayon İcra Hakimiyyətinin qarşısına dekorativ güllər əkildi-FOTO

Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi  davam  etdirilir.

Azadsöz.az xəbər verir ki, 31 may tarixində Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin  Yaşıllaşdırma  Sahəsi  tərəfindən  “Yaşıl dünya naminə həmrəylik ili”  ilə  əlaqədar rayon İcra Hakimiyyətinin  binasının  qarşısına  paqates dekorativ  gülün  əkilməsi işlərinə   başlanıb.

Əkilməsi  nəzərdə  tutulan  güllərin  yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.

Daha sonra  əkilməsi həyata  keçirilib.Yeni əkilən güllər  suvarılıb və aqrotexniki qulluq göstərilib.

Qeyd  edək ki, rayon İcra Hakimiyyəti  binasının  qarşısına  50-yə  yaxın  paqates dekorativ  gülü əkilib.

 

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov