03 İyul 2024 14:38

Su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanıldı

Azadsöz.az xəbər verir ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ş.Müslümov saxlanılıb.

DİN-dən  bildirilib ki, həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

Araşdırmalar aparılır.