27 İyul 2024 07:27

Əfqan Baxışova VƏZİFƏ VERİLDİ

“Azadsöz.az” report-a istinadən xəbər verir ki, Əfqan Baxışov “Azərbaycan Hava Yolları” QSC prezidentinin müşaviri təyin olunub.

Bu təyinatadək Ə. Baxışov “Azərbaycan Hava Yolları”nda hüquq departamentinin direktoru vəzifəsində çalışıb.

O, bu vəzifəyə 2023-cü ilin iyul ayında təyin olunub.

O vaxtadək Ə.Baxışov ölkənin bir sıra kommersiya banklarında çalışıb. Belə ki, o, “Unibank”ASC-nin baş hüquq və komplayens inzibatçısı, “Accessbank” ASC-də icraçı direktoru olub.