27 İyul 2024 08:31

Millimizin oyunları ləğv edilib

Azadsöz.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışı keçirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının hazırlıq proqramında dəyişiklik edilib.

Bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.

Azərbaycan və Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandaları arasında mayın 18-də və 21-də Bakı Olimpiya Stadionunda keçirilməsi planlaşdırılan iki yoldaşlıq görüşü baş tutmayacaq. Buna səbəb Gürcüstan millisinin Azərbaycana səfər edə bilməməsidir.

 

Qeyd edək ki, U-17-nin təlim-məşq toplanışı mayın 21-dək davam edəcək.