22 İyun 2024 20:47

MİQ üzrə qeydiyyatdan keçən müəllimlərin sayı açıqlandı

Azadsöz.az xəbər verir ki, müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə iştirak etmək üçün 37 min 155 nəfər qeydiyyatdan keçib.

Bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, namizədlər müsabiqənin elektron sənəd qəbulu mərhələsində mayın 22-si saat 11:00-dək www.miq.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.