20 May 2024 05:05

Konfrans Liqasında ilk finalçı MÜƏYYƏNLƏŞDİ

Azadsöz.az xəbər verir ki, bu gün UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib.

Yarımfinal mərhələsinin cavab matçında İtaliyanın “Fiorentina” klubu Belçikada “Brügge”nin qonağı olub.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Florensiya təmsilçisinin ilk görüşdə qazandığı qələbə (3:2) onları finala yüksəldib.

Bu raundun digər cavab matçı mayın 9-da olacaq. “Olimpiakos” Yunanıstanda İngiltərənin “Aston Villa” komandasını qəbul edəcək. Afina klubu səfərdə rəqibinə qalib gəlib – 4:2.