DİN-dən  verilən məlumata görə, onun Sumqayıt şəhəri ərazisində yaşayan iki Vətən müharibəsi qazisini guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda köməklik göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.
Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi olmadığı məlum olub.

E.Nağıyev barəsində araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.