03 May 2024 20:59

Fərqliliyimiz Uğurumuzdur

Şəmkirdə mağazada yanğın törədən şəxs saxlanılıb – YENİLƏNİB:VİDEO

Azadsöz.az xəbər verir ki, Şəmkirdə mağazada yanğın törədən şəxs saxlanılıb.

Bununla bağlı  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki mağazanı qəsdən yandırmaqda şübhəli bilinən, rayon sakini E.Məmmədov saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yanğını törədən E.Məmmədov qazidir. O, hadisəni spirtli içkinin niyə verilməməsinə görə törədib.

****

09:30

Azadsöz.az xəbər verir ki, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik ticarət obyektlərində baş verdiyi və genişlənərək digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənib digər obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində vətəndaşlara məxsus ümumi sahəsi 40 kvadratmetr olan mağazanın içərisindəki mallar və digər mağazanın yanar konstruksiyaları və dam örtüyü 40 kvadratmetr sahədə yanıb.

Bitişik tikilən digər ticarət obyektləri yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.