06 May 2024 13:29

Fərqliliyimiz Uğurumuzdur

“Arsenal” qələbə qazandı

Azadsöz.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 34-cü turunda “Vulverhempton” evdə “Arsenal”ı qəbul edib.

Qarşılaşmada qonaqlar üstün olublar – 0:2. İlk qolu “Arsenal”ın heyətində Leandro Trossard vurub. İkinci hissənin artırma dəqiqələrində isə Martin Edeqor oyunda yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, 74 xal toplayan “Arsenal” turnir cədvəlində birinci yerdədir.

“Vulverhempton” – “Arsenal”. 0:2