Göyçay rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq rayonda dekorativ güllərin əkilməsi və yaşıllıqların salınması davam etdirilir.
Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən Göyçay çayının sahilində 3 hektar ərazidə salınmış yaşıllıq sahəsində növbəti işlər görülüb.
Belə ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən 18 aprel tarixində Göyçay çayından 500 metr uzunluğunda plastik turbalar vasitəsilə gətirilən su xətlərinə 300 metr plastik turbalar əlavə olunub.
Məqsəd salınan yaşıllıq sahəsində əkilən pavlonya ağaclarının suvarılması üçün Göyçay çayından yüksək təzyiqli nasoslar vasitəsilə gətirilən suyun tam olaraq paylanmasını təmin etməkdir.
Bununla yanaşı yaşıllıq sahəsinin ot örtüyü biçilərək səliqəyə salınıb.Yeni pavlonya ağaclarının əkilməsi üçün torpaq örtüyü hamarlanıb, ağaclar əkilib.Əkilmiş ağacların dibləri bellənib, suvarılıb və aqrotexniki qulluq göstərilib.
Görülən işlər çərçivəsində pavlonya ağaclarının əkildiyi əraziyə vətəndaşlar tərəfindən iri və xırda buynuzlu heyvanların daxil olmaması, əkilən ağacların çıxarılaraq kənara atılmaması və çıxarılaraq başqa yerlərə əkilməməsi üçün yaşıllıq ərazisinin kənarlarına dəmir dirəklər basdırılaraq qorunma telləri çəkilib.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev
Arif Heydərov