05 May 2024 20:58

Fərqliliyimiz Uğurumuzdur

“Yaşıl” enerjidən istifadə iqlim dəyişikliyinin zəifləməsinə kömək olacaq – Ekoloq

Azadsöz.az xəbər verir ki, “Yaşıl” enerjidən istifadə, əlbəttə, qlobal dəyişiklik baxımından çox faydalıdır.

Bu barədə sualları  cavablayarkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü, “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.

O qeyd edib ki, qlobal iqlim dəyişikliyi sayəsində son yüzilliklərdə istiləşmənin bir neçə dərəcə artdığı izlənməkdədir.

“Bunun da əsas səbəbi kimi alimlər karbon dioksid səviyəsinin artmasını göstərirlər. İstixana qazlarının qarşısının alınması, şübhəsiz, ağır sənayenin nanotexnologiyalarla davam etməsidir. Lakin ən çox zəhərli qazların yaranma səbəblərindən biri enerji mənbələri olduğundan hazırda bunun üzərində düşünülməkdədir.

Yəni artıq karbohidrogenlər deyil, “yaşıl” enerji sayəsində istehsal edilən yanacaqdan bəhs edilir. “Yaşıl” enerjidən istifadə ətraf mühitin yaxşılaşmasına, iqlim dəyişikliyinin zəifləməsinə kömək olacaq. Azərbaycan bərpaolunan enerjidən istifadə edir. Lakin bütün ölkələr məsələyə bu cür yanaşmır.

Dünyada “yaşıl” enerjiyə keçidin sürətlənməsi ilə buzlaqların əriməsi, şirin su qaynaqlarının azalması, səhralaşmanın qarşısı alınmış olacaq. Mənim əsas təklifim isə odur ki, birinci növbədə insanlar maarifləndirilməlidir. Ekoloji mədəniyyət önəmli olmalıdır. İnsanlar ətraf mühitə qarşı həssas olmalıdır. Digər tərəfdən, insanların ucuz enerji arayışı sayəsində istifadə etdikləri daş kömür və digər karbon qazı yaradan yanacaqlar məhdudlaşdırılmalıdır.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ekoloji mədəniyyətimizin yüksəlməsinin və “yaşıl” enerjiyə keçid sahəsində gördüyümüz işlərin nəticəsidir”, – deyə o bildirib.