Azadsöz.az xəbər verir ki, sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elburus İbrahimov bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Nəbili Məhəmməd müəyyən olunaraq saxlanılıb. O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.
Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
***
10:44
Azadsöz.az xəbər verir ki, Azərbaycanda “TikTok” istifadəçisi azyaşlı uşağa siqaret verib.
Sözügedən video sosial şəbəkədə yayımlanıb. Belə ki, görüntülərdə kişinin körpə uşağa ağzına siqaret verməsi əks olunub. Onun bu hərəkəti insanların narazılığına səbəb olub.