Quruma yeni rəhbər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf seçilib.
***
09:26
Azadsöz.az xəbər verir ki, bu gün AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.
Konfransda AFFA-nın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Tədbir saat 10:00-da başlanacaq. Toplantının gündəliyinə konfransın tərkibinin yoxlanılması, AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi, Maliyyə Hesabatları, müstəqil auditorun hesabatı da daxildir.
Son 16 ildə AFFA-ya rəhbərlik etmiş Rövnəq Abdyllayev namizədliyini irəli sürməyib. Bu dəfə yeganə namizəd SOCAR-ın prezidenti Rövşən Nəcəf olduğundan o, AFFA-nın növbəti prezidenti seçiləcək. Beləliklə, Rövşən Nəcəf Fuad Musayev, Ramiz Mirzəyev və Rövnəq Abdullayevdən sonra AFFA tarixində 4-cü prezident olacaq.
Konfransda AFFA İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənəcək. İK üzvlüyünə namizədlər aşağıda adları qeyd edilən şəxslərdir (alnernativ namizədlər yoxdur):
AFFA prezidentliyinə namizəd
1. Rövşən Nəcəf – Peşəkar Futbol Liqası İctimai Birliyi vasitəsi ilə “Neftçi” PFK tərəfindən
AFFA İcraiyyə Komitəsi üzvlüyünə namizədlər
Peşəkar Futbol Liqası İctimai Birliyi – 5 yer
1. Səməd Qurbanov – “Neftçi” PFK tərəfindən
2. Fərid Mansurov – Peşəkar Futbol Liqası İctimai Birliyi tərəfindən
3. Xəyal Cəfərov – “Sumqayıt” FK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən
5. Maqsud Adıgözəlov – “Sabah” FK tərəfindən
Regional Futbol Federasiyaları İctimai Birliyi – 3 yer
1. Elşad Nəsirov – Qərb Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
3. Sərxan Hacıyev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
İctimai Futbol Təşkilatları İctimai Birliyi – 2 yer
1. Könül Mehtiyeva – İctimai Futbol Təşkilatları İctimai Birliyi tərəfindən
2. Zaur Axundov – Ümumazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
Sahə Futbol Federasiyaları İctimai Birliyi – 2 yer
1. Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən