28 Noyabr 2024 20:52

Məktəbdə şagirdə bıçaqla xəsarət yetirən qızla bağlı RƏSMİ AÇIQLAMA

“Aprel ayının 1-də 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında insident yaranıb”.

Bu barədə “Azadsöz.az”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib.

Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar:

“Baş vermiş hadisə nəzarətdə saxlanılır. Agentliyin, eyni zamanda Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da məktəbdə olublar. Zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilib və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir”.

Qeyd edək ki, aprelin 1-də 23 saylı məktəbdə 9-cu sinif şagirdi olan qız bıçaqla oğlan şagirdin boğazına xəsarət yetirib.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul