05 May 2024 02:42

Fərqliliyimiz Uğurumuzdur

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə YENİ TƏYİNAT

Azadsöz.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə rəis təyin edilib.

Bu barədə mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Pərvin Kazımov təyinat alıb.

Qeyd edək ki, bu vəzifəni bir müddətdir Pərvin Kazımov icra edirdi və o rəsmi şəkildə bu vəzifəyə təsdiqlənib.

Pərvin Kazımov əvvəllər Gəncə şəhər İcra Hakimiyyətində çalışıb.