23 May 2024 16:31

Bu gecə ehtimal edilən ikinci Qədr gecəsidir

Azadsöz.az xəbər verir ki, bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən ikinci Qədr (əhya) gecəsidir.

İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-nə, yəni martın 30-dan 31-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub. 

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (10 aprel) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı martın 11-də başlayıb.