Azadsöz.az xəbər verir ki, Erməni işğalından azad olunan Xankəndi, Xocavənd, Xocalı, Əsgəran və Ağdərədəki mədəniyyət müəssisələrinin məlumat bazası yaradılıb.
Bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.
Qeyd edilib ki, Mədəniyyət Nazirliyi tərəfindən həmin ərazilərdə monitorinqlər aparılıb.
Yoxlamalar əsasında həmin ərazilərdəki mədəniyyət müəssisələrinin mövcud vəziyyəti öyrənilib, müvafiq məlumat bazası yaradılıb.