16 Sentyabr 2024 23:08

Bərdədə mənzildən kişi meyiti tapılıb

Azadsöz.az xəbər verir ki, hadisə  rayonun Sərvan Şükürov küçəsində qeydə alınıb.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasediciləri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Vidadi Həsən oğlu Əliyevin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.