Bu barədə Litva gömrük idarəsinin mətbuat xidməti məlumat yayıb.
“Litvada hələ də Rusiya Federasiyasında qeydiyyatda olan avtomobilləri idarə edənlər var. Martın 11-dək onlar ya Litvada nəqliyyat vasitəsini qeydiyyatdan keçirməli, ya da Aİ-ni tərk etməlidirlər”, – məlumatda deyilir.
Qeyd olunur ki, Kalininqrad vilayətinə tranzitlə gedən və qayıdan avtomobillər istisnadır.
Xatırladaq ki, Rusiyada qeydiyyatda olan avtomobillərin Latviyada istifadəsinə qadağa noyabrın 2-də qəbul edilib.