06 May 2024 21:18

Fərqliliyimiz Uğurumuzdur

Ermənistan Azərbaycanla sərhədə MTX-ni göndərdi

Azadsöz.az xəbər verir ki, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Ermənistan Respublikası Müdafiə Nazirliyinin bölmələrindən Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrini qəbul edib. 

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

MTX-nin direktoru Armen Abazyan Ermənistan Sərhəd Qoşunlarının N saylı bölüyünə baş çəkib və Sərhəd Qoşunlarının yeni tikilmiş 5 postunun istifadəyə verilməsi mərasimində iştirak edib. 

Armen Abazyan çıxışında qeyd edib ki, proseslər sərhəddə gərginliyin faktiki olaraq artdığını göstərir. O, sərhəd qoşunlarının xüsusilə də Sünikdı yenidən silahlanması və modernləşdirilməsinin mütləq olduğunu bildirib: “Sərhəd qoşunlarının bölmələri müxtəlif növ müasir texnika ilə təchiz edilib, 18 sərhəd mühafizə məntəqəsi təchiz edilib, səngərlər, atəş nöqtələri və müşahidə məntəqələri tikilib”.