16 Sentyabr 2024 23:04

Əməkdar məşqçisi vəfat etdi

Azadsöz.az xəbər verir ki, ağırlıqqaldırma üzrə tanınmış mütəxəssis, Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi Qubad Cəbrayılov dünyasını dəyişib.

Bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasını rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Qubad Cəbrayılov 1939-cu il aprel ayının 15-də Masallı rayonunda anadan olub. Karyerası ərzində ağırlıqqaldırma üzrə yüngül çəkidə Respublika rekordçusu, çempionu və mükafatçısı olub, idman ustası normativini yerinə yetirib, Respublika yığma komandasının üzvü kimi müxtəlif miqyaslı yarışlarda Azərbaycanı təmsil edib.