08 Sentyabr 2024 03:30

Xaçmazda 31 yaşlı kişi özünü asdı

Azadsöz.az xəbər verir ki, rayonun Maqsudkənd kənd sakini, 1993-ci il təvəllüdlü Qəhrəmanov Yusif Qəhrəman oğlu özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.