Azadsöz.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatına bu gün yekun vurulacaq.
Yarışın son günündə Azərbaycanın 4 sərbəst güləşçisi bürünc medal görüşünə çıxacaq.
Nürəddin Novruzov (61 kiloqram), Turan Bayramov (74 kiloqram), Arseni Cioyev (86 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan millisi hazırkı Avropa çempionatında indiyədək ümumilikdə 12 medal qazanıb.