19 May 2024 05:23

Azərbaycan ilə ABŞ enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər

Azadsöz.az xəbər verir ki, Energetika naziri Pərviz Şahbazov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.

Bu barədə  Energetika Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, səfər çərçivəsində ikitərəfli enerji əməkdaşlığının inkişaf perspektivləri, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr və digər mövzular ətrafında müzakirələrin aparılması və bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur.