Azadsöz.az xəbər verir ki, Azərbaycanın üç sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan Avropa çempionatında medal əldə edib.
97 kiloqramda Maqomedxan Maqomedov həlledici görüşdə gürcüstanlı Givi Matçaraşviliyə uduzub. Üçüncü yer uğrunda mübarizədə İslam Bazarqanov (57 kiloqram) ukraynalı Kamil Kərimovu, Əli Rəhimzadə (65 kiloqram) fransalı Həmzət Arsamerzuyevi məğlub edib.
Qeyd edək ki, Azərbaycan hazırkı Avropa çempionatında indiyədək 9 medal qazanıb. Yunan-Roma güləşçiləri 6 (3 qızıl, 2 gümüş, 1 bürünc), qadın idmançılar isə 3 (2 qızıl, 1 bürünc) medal əldə ediblər. Yarışa fevralın 18-də yekun vurulacaq.