27 İyul 2024 03:57

M.Ə.Rəsulzadə və Şəhriyar küçəsində abadlıq-təmizlik işləri görülüb-FOTOLAR

Azadsöz.az xəbər verir ki, Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyinin Abadlaşdırma Təmir, Sanitar-Təmizlik və Mənzil İstismar İdarəsinin  işçi  kollektivi tərəfindən  rayonun M.Ə.Rəsulzadə  və M.H.Şəhriyar küçəsində abadlıq-təmizlik işləri görülüb.

Belə  ki, M.Ə.Rəsulzadə  küçəsindən keçən  arx bəzi  sakinlərimiz  tərəfindən  atılan  şüşə, plastik  butulkalar, polietilen torbalar  və məişət tullantılarından təmizlik  işçiləri tərəfindən  təmizlənərək  suyun  axını  tənzimlənib.Şam  ağaclarının qurumuş  budaqları  budanıb, budanmış tullantılar ərazidən daşınaraq  təmizlənmə işləri aparılıb.

Görülən  işlər  çərçivəsində  M.H.Şəhriyar küçəsində yerləşən  yaşayış binasının  həyətində  sakinlər  tərəfindən zəbt edilmiş torpaq sahəsində qanunsuz tikilən kiçik həcmli tikililər, zəbt olunaraq hasara alınmış ərazilər zəbtdən azad olunub və təmizlənərək ümumi istifadəyə verilib.

Qeyd  edək ki, rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq-təmizlik işləri  mərhələli şəkildə  aparılacaq.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

Arif  Heydərov