27 İyul 2024 05:05

İmtahanların nəticələri bu tarixdə elan olunacaq

Azadsöz.az xəbər verir ki, DİM bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı, həmçinin abituriyentlər üçün coğrafiya və informatika fənləri üzrə sınaq imtahanı keçirib.

DİM-dən verilən məlumata görə, magistraturaya qəbul imtahanının nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Coğrafiya və informatika fənləri üzrə imtahanın nəticəsi fevralın 18-də keçirilən sınaq imtahanının nəticələri ilə bir yerdə elan olunacaq.