DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, noyabrın 20-də saat 17 radələrində 1990-cı il təvəllüdlü N.Tağıyev idarə etdiyi “Opel” markalı minik avtomobili ilə Lənkəran rayonunun Girdəni kəndi ərazisində hərəkətdə olarkən piyada 1986-cı il təvəllüdlü Ramilə Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı araşdırma aparılır.