Azadsöz.az xəbər saytının, AzadSözAz televiziyasının təsisçisi-baş redaktoru Səbuhi Eltonlu, xüsusi muxbiri Gülşən Muradova, baş operatoru Arif Heydərov və müxbir Zəka Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 7 dekabr Sərəncamına əsasən, 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində iştirak edərək səsvermə hüquqlarından istifadə ediblər.
Səbuhi Eltonlu, Gülşən Muradova 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin, 6 saylı seçki məntəqəsində, Arif Heydərov 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin, 9 saylı seçki məntəqəsində, Zəka Nağıyev isə 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin, 2 saylı seçki məntəqəsində seçdikləri layiqli namizədə səslərini veriblər.