21 Noyabr 2024 10:26

Sahil Babayev Oğuzda vətəndaşları qəbul edəcək

Azadsöz.az xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 29-da Oğuz rayonunda Oğuz və Qəbələ rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Bildirilib ki, Qqəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar 20 – 22 noyabr tarixlərində Nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Qeyd edək ki, vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

İstanbul trv istanbul travestileri