Azadsöz.az xəbər verir ki, yanğın Balakən şəhərinin Rəşid Behbudov küçəsində baş verib. Yanğın yerinə Balakən Rayon Yanğından Mühafizə Hissəsinin  texnikaları cəlb olunub.

Yanğın zamanı 1984-cü il təvəllüdlü Xanlayev Çingiz Fəxrəddin oğluna məxsus ümumi sahəsi 96 kvadratmetr olan yaşayış evi içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.unikal