Azadsoz.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax avtomobil yolunda, rayonun Karrar qəsəbəsindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Baş verən qəza ilə bağlı Kürdəmir Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Elçin Bilalov Azadsoz.az-a açıqlama verib.
Elçin Bilalov açıqlamasında bildirib ki, hadisə nəticəsində Bakı şəhər sakinləri 1967-ci il təvvəlüdlü Məmmədova Nəzakət Vəli qızı,1968-ci il təvvəlüdlü Yaqubov Dimitri Nubaxovic oğlu, Göyçay rayon sakinləri 2006-cı il təvvəlüdlü Ələkbərova Nərmin Kamran qızı, 1956-cı il təvvəlüdlü Rəhimov Süleyman Rəhim oğlu, 2007-ci il təvvəlüdlü Göyçay rayonu Qarabaqqal kənd sakini Bəkirova Şəfa Vüsal qızı və 1994-cü il təvvəlüdlü Göyçay rayonu Ulaşlı-Şıxlı kənd sakini İbrahimov Fariz Vidadi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Səbuhi Eltonlu