Azadsöz.az xəbər verir ki, klub rəhbərliyi daha görkəmli bir məşqçi lə razılaşa bilməsə, komandanı “Barselona Atletik”in çalışdırıcısı Rafael Markesə tapşıracaq. Klub artıq qərarında qətidir.
Bu barədə sport.es məlumat yayıb.
Xavi cari mövsümün sonunda “Barselona”dan ayrılacağını elan etdikdən sonra prezident Joan Laporta və idman direktoru Deko klub üçün inkişaf planı hazırlayıb. Bu plana əsasən, “Barselona” avrokubok təcrübəsi olan məşqçi ilə müqavilə bağlamağa çalışacaq.
İdeya reallaşdırılmasa, “Barselona” rəhbərliyi komandanı Markesə həvalə edəcək.
Qeyd edək ki, ötən ay “Barselona”nın hazırkı baş məşqçisi Xavi mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.