08 Sentyabr 2024 04:40

Göyçayda bu küçəyə asfalt örtüyü çəkilib-FOTO

Azadsöz.az xəbər verir ki, ölkəmizdə uğurla həyata keçirilən islahatlar həyatımızın bütün sahələrində dinamik inkişaf üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin ardıcıl diqqəti və qayğısı ilə yaradılan bu imkanlar hesabına ölkənin hər yerində olduğu kimi, Göyçay rayonunda da sosial-iqtisadi inkişaf davamlı şəkil alıb.

Rayon aparılan uğurlu işlər  çərçivəsində Göyçay Rayon İcra Hakimiyyəti ötən il görülən işlərin davamı olaraq 2024-cü ildə də şəhərin küçə və dalanlarında yolların asfaltlaşdırılması, həmçinin cari təmir işlərini həyata keçirir.

Bildirək ki, fevralın 6-da rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Göyçay şəhərinin Zakir Nəcəfov küçəsində vətəndaşların və nəqliyyat vasitələrinin rahat gediş-gəlişinin təmin olunması üçün yeni asfalt örütüyü vurularaq təmir işləri aparılıb.

Qeyd edək ki, rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq cari ildə də təmiri və tikintisi nəzərdə tutulan digər küçə və yollarda işlərin aparılması nəzərdə tutulur.