23 Noyabr 2024 21:47

Rusiya MSK-nın iki nümayəndəsi Azərbaycandakı seçkiləri müşahidə EDƏCƏK

Azadsöz.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər.

Bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycanda keçirilən prezident seçkilərində 88 ölkədən ekspertlər də daxil olmaqla 85 mindən çox müşahidəçi akkreditasiyadan keçib.

Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul