16 Sentyabr 2024 22:59

Gəncədə yaşayış binasında yanğın baş verib

Azadsöz.az xəbər verir ki, Gəncə şəhərində beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın yanar konstruksiyaları yanıb, Yüksək temperaturdan ümumi dəhlizin divarları qarsalanıb. Yanğın zamanı  yanğınsöndürənlər tərəfindən 10 nəfər tüstülənmiş sahələrdən təxliyə olunub, 1 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.