16 Sentyabr 2024 22:59

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olundu

Azadsöz.az xəbər verir ki, Seymur Adıgözəlov İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri təyin olunub.

S. Adıgözəlov bu təyinatadək İZİA-da İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Bu vaxta qədər həmin vəzifədə çalışan Elşad Nuriyev isə “Bakı Gəmiqayırma Zavodu”nun İdarə Heyətinin sədri təyin edilib.