18 May 2024 15:46

Salyan Dövlət Rəsm Qalereyasına YENİ TƏYİNAT

Azadsöz.az xəbər verir ki,  Mədəniyyət Nazirliyinin Salyan Dövlət Rəsm Qalereyasına yeni direktor təyin olunub.

Bu barədə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov əmr imzalayıb.

Əmrə əsasən, həmin vəzifəyə Kürçaylı Zabil oğlu Məmmədov gətirilib.

O, bu təyinatadək Salyan Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəri vəzifəsində çalışıb.