16 Sentyabr 2024 23:00

Ağsuda əməliyyat keçirildi 2 nəfər saxlanıldı

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayon sakini ona məxsus bank kartından naməlum şəxs tərəfindən pul oğurlanması barədə polisə müraciət edib. Keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər də soyğunçuluq və narkotik vasitələrin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Tağı Seyidov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Mehdi Əlikramlı saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, istintaq aparılır.