16 Sentyabr 2024 23:01

Aysel Süleymanova vəzifəsindən ayrıldı

Azadsöz.az xəbər verir ki,  “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrıldı.

O, bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

A.Süleymanova bildirib ki, işdən çıxmağına səbəb başqa iş təklifi almasıdır.

Qeyd edək ki, o, 2023-cü ilin sentyabrında bu vəzifəyə təyin edilmişdi.