16 Sentyabr 2024 23:10

Şəmkirdə yeniyetmə 51 yaşlı kişini bıçaqladı – YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, Şəmkir sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 2007-ci il təvəllüdlü Ü.Cəfərovdur.

Qeyd edək ki, hadisə toy mərasimində şəxsi münasibətlər zəminində olub. (apa)

****

21:33

Azadsöz.az xəbər  verir ki, rayon sakini, 1973-cü il təvəllüdlü Elsəvər Əkbərli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib

51 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.