08 Sentyabr 2024 04:32

Mişel və Borreli əvəz edə biləcək şəxslər məlum oldular

Azadsöz.az xəbər verir ki, Estoniyanın baş naziri Kaya Kallas Josep Borreldən sonra Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi postunu tuta bilər.

Məlumata görə, Ursula fon der Lyayen Avropa Komissiyasının sədri, Roberta Metsola Avropa Parlamentinin sədri, Danimarkanın baş naziri Mette Frederiksen isə Avropa Şurasının rəhbəri postunda Şarl Mişeli əvəz edə bilər.

Qeyd olunub ki, əgər belə bir ssenari baş tutarsa, Aİ-də bütün yüksək vəzifələri qadınlar tutacaq. Lakin hələlik konkret qərarlar qəbul edilməyib, namizədlər arasında çoxlu kişi siyasətçilər də var.