05 May 2024 20:32

Fərqliliyimiz Uğurumuzdur

Bu vilayətlərdə kütləvi Yeni il tədbirləri ləğv edildi

Azadsöz.az xəbər verir ki, Voronej vilayətinin sərhəd Rossoşanski rayonunda təhlükəsizliyin təmin edilməsi məqsədilə, habelə Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzindəki hücumuna görə kütləvi bayram tədbirləri ləğv edilib.

Bu barədə rayon rəhbərliyi məlumat yayıb.

“Bölgəmizdə çətin əməliyyat şəraiti, o cümlədən Belqorod vilayətində baş verən hadisələrlə əlaqədar Rossoşanski rayonunun terrorla mübarizə komissiyasının 30 dekabr 2023-cü il tarixli qərarı ilə vətəndaşların kütləvi toplaşması ilə bağlı bayram tədbirləri ləğv edilib”- yayılan məlumatda  deyilir.

Bənzər bir qərar Voronej vilayətinin sərhəd Kantemirovski rayonunun administrasiyası tərəfindən verilib. Növbəti xəbərdarlığa qədər kütləvi Yeni il tədbirlərinin keçirilməsi ləğv edilib.