16 Sentyabr 2024 23:39

Yeni il mesajları ilə əlaqədar XƏBƏRDARLIQ

Azadsöz.az xəbər verir ki, Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

Müraciətdə deyilir:

“Yeni ilə özəl endirimlər”, “Yeni il kampaniyası” adlı saxta məzmunlara qarşı diqqətli olun:
 
– tanınmış brendləri və ya mağazaları təqlid edərək yaradılmış saxta linklərə etibar etməyin!
 
– onlayn alış-veriş üçün təhlükəsiz saytlardan və ödəniş üsullarından istifadə edin!”