Azadsöz.az xəbər verir ki, bir ay əvvəl itkin düşən Göyçay rayonu Atatürk küçəsi, 101 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Nəzərli İbrahim Abbasqulubəy oğlunun cansız bədəni Suraxanı rayonu, Qum adası ərazisində dənizdə aşkar edilib.
Gəncin ölüm səbəbi ekspertizadan sonra bilinəcək. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, İ.Nəzərli 2023-cü il noyabr ayının 9-u, 15:00 radələrində Qaradağ rayonu Sahil qəsəbəsindən çıxıb və bir daha geri qayıtmayıb.